Süni tənəffüs aparatına qoşulan Hafiz Hacıyevin vəziyyəti AÇIQLANDI

11:18 - 25 Oktyabr 2021

Süni tənəffüs aparatına qoşulan Hafiz Hacıyevin vəziyyəti AÇIQLANDI

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bu gündən palataya köçürülməlidir.

 

Manset.az xəbər verir ki, bunu Hafiz Hacıyevin oğlu deyib.

O bildirib ki, atasının vəziyyəti yaxşıdır: “Həkimlər süni tənəffüs aparatından ayırıblar. Daha da yaxşı olacağına ümid edirik. Ağciyərində bir az buzlaşma olduğu üçün süni nəfəs aparatına qoşulmuşdu. Amma artıq yaxşıdır. Həkimlər bu həftənin axırına xəstəxanadan çıxara biləcəyimizi deyirlər”.

Qeyd edək ki, koronavirusa yoluxmuş H. Hacıyev oktyabrın 17-dən Mərkəzi Gömrük Xəstəxanasının reanimasiya şöbəsində müalicə alır (apa).


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin