Ehtiyatda olan hərbçilərin toplanışı başladı

09:45 - 25 Oktyabr 2021

Ehtiyatda olan hərbçilərin toplanışı başladı

Azərbaycanda ehtiyatda olan hərbi vəzifəlilərin toplanışı başlayıb.

Manset.az xəbər verir ki, bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məlumat verilib.

"Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunun 45-ci maddəsinə uyğun olaraq, hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılırlar.

Hazırda Dövlət Xidməti tərəfindən ehtiyatda olan hərbi vəzifəlilərin müxtəlif ixtisaslar üzrə təlim toplanışlarına çağırılması həyata keçirilir", - Dövlət Xidmətindən bildirilib.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin