“Ukraynanın Rusiyanı vurmaq hüququ var” - Stoltenberq

16:53 - 7 İyun 2024

“Ukraynanın Rusiyanı vurmaq hüququ var” - Stoltenberq

NATO-nun baş katibi Yens Stoltenberq Rusiyaya qarşı döyüşən Ukraynanın beynəlxalq hüquq normaları çərçivəsində bu ölkədə “qanuni hərbi hədəflərə zərbə endirmək hüququna malik olduğunu” bəyan edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Stoltenberq bu barədə NATO-nun yeni üzvü İsveçə səfəri zamanı İsveçin baş naziri Ulf Kristerssonla birgə mətbuat konfransında deyib.

Stoltenberq İsveçin müxtəlif yollarla kollektiv müdafiə və təhlükəsizliyə töhfə verdiyini və NATO-nun Ukraynaya dəstəyi üçün "yaxşı və güclü" bir çərçivə yaratmağa çalışdıqlarını bildirib.

Avropa qitəsi üçün təhlükəsizlik probleminə çevrilən Ukrayna müharibəsini dəyərləndirən Stoltenberq, "NATO-nun Ukrayna ilə bağlı uzunmüddətli öhdəliyi nə qədər güclü olarsa, Ukraynadakı müharibə bir o qədər tez bitə bilər" deyib.

Stoltenberq həmçinin bildirib ki, Ukraynanın “özünümüdafiə hüququ” var və bu hüquqa “hücum edən tərəf olan Rusiya ərazisindəki qanuni hərbi hədəfləri vurmaq daxildir”.

Son zamanlar Ukraynaya dəstək verən qərb ölkələri, xüsusən də Fransa və Almaniya bu ölkəyə bağışladıqları silahların Ukraynadan kənarda istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmaq üçün bəyanatlar verirlər.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin