Banka borcu olan pensiyaçılara ŞAD XƏBƏR
25 Noyabr 2024
13:08 - 7 İyun 2024
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşlarla görüşləri təşkil olunur. Hər ay keçirilən bu qəbildən görüşlərin məqsədi sakinlərin problem və təkliflərini yerində dinləmək, qaldırılan məsələlərin operativ həlli və digər məsələlərlə bağlı müraciətlərin aidiyyəti üzrə yönəldilməsidir.
Manset. az xəbər verir ki, Mədəniyyət naziri Adil Kərimlinin iştirakı ilə növbəti vətəndaş qəbulu iyunun 7-də İmişli rayonunda keçirilib.
İmişli rayon Heydər Əliyev Mərkəzində gerçəkləşən qəbuldan əvvəl nazir və rayonun icra başçısı Elçin Rzayev Ümummilli liderin şəhərdəki abidəsi önünə gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər. Əsasən, Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonlarından bir qrup vətəndaşın iştirak etdiyi qəbulda sakinlərin müraciətləri mədəniyyət sahəsinə dair təkliflər, işlə təmin olunma və digər məsələlərlə bağlı olub.
Nazir vətəndaşların ayrı-ayrı məsələlərə dair xahiş və təkliflərini, fikirlərini dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması, qanunvericiliyə uyğun həlli ilə bağlı qəbulda iştirak edən nazirliyin məsul nümayəndələrinə tapşırıqlar verib.
Görüşdə şəhid ailələri və qazilərin qaldırdıqları məsələlərə xüsusi diqqətlə göstərilməsi, vaxtında və obyektiv baxılması məqsədilə hər bir müraciət qeydiyyata alınaraq nəzarətə götürülüb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin