Bu gün Kəlbəcər Şəhəri Günüdür
25 Noyabr 2024
13:13 - 7 İyun 2024
İngiltərə İctimai Səhiyyə Agentliyi (UKHSA) bu gün ölkə daxilində 113 nəfərin koli xəstəliyinə yaxalandığını açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, səlahiyyətlilər, koli simptomları arasında şiddətli və bəzən qanlı ishal, mədə krampları, qusma və qızdırma olduğunu vurğulayıb.
UKHSA verdiyi açıqlamada bildirib ki, epidemiyanın mənbəyi hələ təsdiqlənməyib, lakin hazırda epidemiyanın açıq təsərrüfatlar, içməli su və ya çirklənmiş dəniz sularında, göllərdə və ya çaylarda üzgüçülüklə əlaqəli olduğuna dair heç bir sübut yoxdur.
Bu epidemiya çərçivəsində 25 may tarixinə 113 yoluxma faktının qeydə alındığını bildirən səhiyyə rəsmiləri, koliyə yoluxanların yaş aralığının 2 ilə 79 yaş arasında olduğunu və əksəriyyətinin gənclər olduğunu bildirib.
UKHSA, ümumiyyətlə, illik olaraq orta hesabla 1500 hadisə gördüklərini, lakin bu epidemiyada genom sıralama tədqiqatı tamamlandıqdan sonra daha çox hadisə gözlədiklərini söyləyib.
Əfsanə Rəcəb
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin