Ən isti may rekordu

11:53 - 7 İyun 2024

Ən isti may rekordu

Avropa Birliyinin iqlim dəyişikliyi proqramı Kopernik keçən ayın rəsmi olaraq ən isti may olduğunu açıqlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, 2024-cü ilin may ayı 1940-cı ilə qədər uzanan rekordları qırıb.

2024-cü ilin may ayı üçün qlobal orta temperatur 15,91 dərəcə ölçülüb.

Bu dəyər əvvəlki ən isti may ayı olan 2020-ci ildəki temperaturdan 0,19 dərəcə yüksək olub.

2024-cü ilin may ayı həm də, 2023-cü ilin iyunundan bəri hər ay rekordlar üzrə ən isti ay olması ilə ardıcıl rekord qıran 12-ci ay olub.

Kopernik İqlim Dəyişikliyi Xidmətinin (C3S) direktoru Dr. Samantha Burgess, “Son 12 ayda əvvəlkindən daha çox rekord qırılıb. Bunun əsas səbəbi istixana qazları emissiyamız və tropik Sakit okeanda baş verən El Nino hava hadisəsidir" deyib.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin