"Hansı əsrdə yaşayırıq ki, oğluma qız tapım?"

19:42 - 6 İyun 2024

Əməkdar artist Nüşabə Ələsgərli oğullarından danışıb.

Manset.az yenisabah.az-a istinadən xəbər verir ki, "Xəbərin var?" verilişinə özəl açıqlama verən müğənni oğlunun ailə quracağı xanımdan da söhbət açıb.
O, oğlunun seçiminə qarışmayacağını, ürəyi istəyən xanımla ailə quracağını bildirib :

"Oğlum Belçikada yaşayır, hələ nəvəmi görməmişəm, hazırlaşıram ki, Belçikaya gedib nəvəmi görüm. Digər oğlumsa subaydır. Özü sevdiyi birini tapandan sonra onu evləndirəcəyik.

Hansı əsrdə yaşayırıq ki, oğluma qız tapım? Onlar bir yerdə yaşayacaqlar, bir-birlərini sevməlidirlər. Qısqanc olmayacağam. Oğlum xoşbəxtdirsə, mən də xoşbəxtəm".


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin