Xudafərin körpüsünün azad olunmasından 4 il ötür
18 Oktyabr 2024
15:27 - 6 İyun 2024
"Gələn həftənin əvvəlindən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin bir qrup əməkdaşı məktəblərdə yoxlamalar aparacaq".
Manset.az Azərtac-a istinadən xəbər verir ki, bu haqda Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov məlumat verib.
O bildirib ki, prosesdə şagirdlərin dərsə davamiyyəti, onların təhlükəsizliyi mövzularında bəzi tapşırıqların icrası yoxlanılacaq:
"Şagirdlərin davamiyyəti daim nəzarətdə saxlanılır. Bu proses məktəbin direktoru və direktor müavininin məsuliyyətidir və onların əmək funksiyalarına daxildir. Ötən gün də məktəblərdə dərsliklərin vaxtından əvvəl toplanmağa başlaması ilə bağlı fikirlər səsləndirildi. Biz bununla bağlı tapşırıqlar vermişik, nəzarəti gücləndirmişik.
Yoxlamalar zamanı "Son zəng" ilə bağlı hazırlıq işlərinə də nəzarət ediləcək. Nəticələr ictimaiyyətə açıqlanacaq".
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin