Suriyanın şimalında keçiriləcək yerli seçkilər təxirə salındı

14:53 - 6 İyun 2024

Suriyanın şimalında keçiriləcək yerli seçkilər təxirə salındı

Suriyanın şimalında keçiriləcək yerli seçkilər həm regional, həm də beynəlxalq aləmdə mübahisələr yaradıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, iyunun 11-də keçirilməsi gözlənilən seçkilərin avqust ayına qədər təxirə salındığı öyrənilib, lakin dəqiq tarix göstərilməyib.

Suriyada Məsud Bərzaninin rəhbərlik etdiyi Kürdüstan Demokratik Partiyasının (KDP) siyasi xətti ilə fəaliyyət göstərən partiyalar seçkiləri boykot edərkən, heç bir ləğvin olmadığı açıqlanıb.

Lakin Bərzaniyə yaxınlığı ilə tanınan Rudaw-a görə, planlaşdırılan yerli seçkilər avqust ayına təxirə salınıb.

Bu gün edilən yazılı açıqlamada seçkilərin “siyasi partiya və ittifaqların tələbi ilə və tam demokratik şəkildə keçirilməsi üçün” təxirə salındığı açıqlanıb.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin