Zaur Mikayılov öz qudasını agentliyə aparat rəhbəri təyin etdi

09:52 - 7 İyun 2024

Zaur Mikayılov öz qudasını agentliyə aparat rəhbəri təyin etdi

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə yeni aparat rəhbəri təyin edilib.

 

Manset.az-ın əldə etdiyi məlumata görə, agentliyin sədri Zaur Mikayılovun müvafiq əmri ilə qurumun aparat rəhbəri vəzifəsinə Fuad Quliyev təyin edilib.

Fuad Quliyev 2021-ci ildən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində sədrin müşaviri vəzifəsində çalışıb.

Qeyd edək ki, yeni təyin edilən aparat rəhbəri  Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun qudasıdır.

 

 

Manset.az


Xəbər xətti

29 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin