Bu gün Kəlbəcər Şəhəri Günüdür
25 Noyabr 2024
12:53 - 6 İyun 2024
Türkiyənin xarici işlər naziri Hakan Fidan Pekin danışıqlarından sonra Şərqi Türküstana (Sincan Uyğur Muxtar Bölgəsi) səfər edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rəcəb Tayyib Ərdoğandan 12 ildən sonra Çin zülmü altında Şərqi Türküstana səfər edən ilk türk rəsmisi olan Fidan həm açıqlamaları, həm də taxdığı qalstuk ilə bütün dünyaya mühüm mesajlar verib.
Fidan Kaşqar və Urumçini ziyarət edib. O, buradakı açıqlamalarında “Kaşqar və Urumçi qədim türk və İslam şəhərləridir” deyib.
Türkiyənin xarici işlər naziri geyindiyi göy rəngli qalstuku ilə də diqqət çəkib.
Sosial media hesabından da paylaşım edən nazir Fidan, “Uzun illərdir ki, Türk-İslam sivilizasiyasının qurulmasına töhfə verən bir çox tarixi şəhərləri ziyarət etmək imkanım oldu” deyib.
Yazısında Maveraünnehir, Fərqanə vadisi, Xorasan və Səlcuqlu şəhərlərinə dəfələrlə səfər etdiyini bildirən Fidan, "Urumçi və Kaşqar həmişə ağlımda qalmışdı. Nəhayət, Çindəki təmaslarım sayəsində bu iki qədim şəhəri ziyarət etdim” ifadələrinə yer verib.
Nazir Fidan səfəri çərçivəsində “Kutadqu Bilig” kitabının müəllifi Yusuf Has Hacibin məqbərəsini də ziyarət edib.
Əfsanə Rəcəb
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin