Xudafərin körpüsünün azad olunmasından 4 il ötür
18 Oktyabr 2024
12:45 - 6 İyun 2024
Gürcüstanın Rusiya ilə yeganə işlək quru gömrük-keçid məntəqəsinin bütün işçiləri təxliyə edilib.
Manset.az Apa-ya istinadən bildirir ki, məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) yayıb. Bildirilib ki, yerli vaxtla 08:36-da Devdorakidə yerləşdirilmiş detektor çay yatağında suyun səviyyəsinin artmasına dair xəbərdarlıq siqnalı göndərib.
Bundan sonra protokola əsasən Dəryal gömrük keçid məntəqəsindəki bütün patrul polisləri, gömrük əməkdaşları, sərhəd polisi və özəl şirkətin əməkdaşları təhlükəsiz yerə təxliyə ediliblər. Ətraf Mühitin Mühafizəsi üzrə Milli Agentliyin əməkdaşları və geoloqlar sərhəd polisinə məxsus helikopterlə əraziyə yola düşüblər.
Bundan başqa, Qveleti yaxınlığında magistral yol bağlanıb. Hər iki istiqamətdə nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırıldığı bildirilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin