Gürcüstanın qərbində yenidən zəlzələ baş verib.
Manset.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, 3,8 maqnitudalı yeraltı təkanlar yerli vaxtla 08:06-da qeydə alınıb.
Zəlzələnin episentri Oni şəhərinin yaxınlığında Çxmori kəndindən 2 kilometr məsafədə yerləşib.
Dağıntı və tələfat barədə məlumat verilməyib.
Qeyd edək ki, iyunun 4-də Oni şəhəri yaxınlığında 2022-ci ilin mayından bu yana 5,3 maqnitudalı ən güclü zəlzələ baş verib. Nəticədə bir neçə evdə çatlar əmələ gəlib.