Gürcüstanda yenə zəlzələ oldu

12:11 - 6 İyun 2024

Gürcüstanda yenə zəlzələ oldu

Gürcüstanın qərbində yenidən zəlzələ baş verib.

 

Manset.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, 3,8 maqnitudalı yeraltı təkanlar yerli vaxtla 08:06-da qeydə alınıb. 

Zəlzələnin episentri Oni şəhərinin yaxınlığında Çxmori kəndindən 2 kilometr məsafədə yerləşib. 

Dağıntı və tələfat barədə məlumat verilməyib. 

Qeyd edək ki,  iyunun 4-də Oni şəhəri yaxınlığında 2022-ci ilin mayından bu yana 5,3 maqnitudalı ən güclü zəlzələ baş verib. Nəticədə bir neçə evdə çatlar əmələ gəlib.


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin