Evi olmayan kişiyə ərə getməzlər - Səmra

11:21 - 6 İyun 2024

Evi olmayan kişiyə ərə getməzlər - Səmra

"Siz evsiz yaşamağın nə olduğunu bilirsiz? Mən illərlə kirayələrdə qalmışam, bunun necə əziyyətli olduğunu yaxşı bilirəm".

 

Manset.az xəbər verir ki, bu fikirləri model Səmra Hüseynova "Kanal S" - də yayımlanan "Xəbərin var?" verilişində deyib.

O, "Evi olmayan kişi ilə ailə qurmaq olmaz" deyərək diqqətləri üzərinə çəkib:

"Səhv bundadır kibundadır ki, evlənəndə ev olmur, xanımlar qeydiyyata düşmür. Ona görə də boşananda onlara heçnə qalmır. Ona görə də evi olmayan kişiyə ərə getməzlər. Siz bilirsiz ev olmamaq nə deməkdir? Mən uşaqlıqdan bunun əziyyətini çox çəkmişəm. Bir həyətə, məktəbə, dosta öyrəşirsən, 1 il sonra köçüb gedirsən. Uşaq necə travma alır bilirsiz? Evin olmadan necə uşaq böyütmək olar? Sevgi 1ay, 3ay, 5ay çəkir. Bəs bunun sonrası da var, uşaq böyütməyi var. Bunların hamısı travmadır"


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin