Sərnişin daşıyan qatar yük qatarı ilə toqquşdu - 4 ölü, onlarla yaralı

10:59 - 06 İyun 2024

Sərnişin daşıyan qatar yük qatarı ilə toqquşdu - 4 ölü, onlarla yaralı

Çexiyanın Pardubitse şəhərində Ukraynaya gedən və içərisində 300-dən çox adamın olduğu sərnişin qatarı  yük qatarına çırpılıb. Qəza nəticəsində 4 nəfərin öldüyü, ən azı 26 nəfərin yaralandığı açıqlanıb.

 

Yerli fövqəladə hallar sözçüsü Alena Kisiala Çexiya telekanalına "Dörd nəfərin ağır yaralandığını təsdiq edə bilərəm", - deyə bildirib.

Çexiya televiziyası qatarda əksəriyyəti əcnəbi olmaqla 300-dən çox sərnişinin olduğunu bildirib.

Baş nazir Petr Fiala X sosial media platformasında başsağlığı verib və qəzanın "böyük fəlakət" olduğunu bildirib.

Qəza ilə bağlı araşdırmalar davam edir.

Əfsanə Rəcəb

Manşet.az

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv