Amerikalı iş adamı İlon Mask demoqrafik vəziyyəti yaxşılaşdırmaq üçün qəti tədbirlər görülməsə, bir çox ölkələrin yox ola biləcəyini deyib.
Manset.az xəbər verir ki, o bu sözləri “X” sosial şəbəkəsində paylaşıb.
Belə ki, Tokio bu yay ölkədə doğum nisbətini artırmaq üçün hökumət tədbirlərinin bir hissəsi olaraq tanışlıq proqramını işə salmağı planlaşdırır. Yaponiyanın Baş naziri Fumio Kişida doğum nisbətlərinin aşağı düşməsini "ölkəmizin üzləşdiyi ən ağır böhran" adlandırıb.
Mask bu məlumata əsaslanaraq yazıb: “Mən şadam ki, Yaponiya hökuməti bu məsələnin əhəmiyyətini başa düşür. Əgər təcili tədbirlər görülməsə, Yaponiya (və bir çox başqa ölkələr) yox olacaq”,- deyə bildirib