İsrail ordusu Qəzzada köçkünlərin sığındığı Nusayrat Qaçqınlar Düşərgəsindəki Birləşmiş Millətlər Təşkilatının məktəbinə hücum edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, hücum nəticəsində 39 nəfər ölüb, onlarla insan yaralanıb.
Qəzzadakı hökumət media ofisinin Telegram hesabında edilən yazılı açıqlamada, hücum nəticəsində ölən 39 nəfərin cənazəsinin Əqsa Şəhidləri Xəstəxanasına çatdırıldığı və onlarla yaralının gətirildiyi bildirilib.
Digər tərəfdən, xəstəxananın yaralı və xəstələrlə dolu olduğu vurğulanıb.
Əfsanə Rəcəb
Manşet.az