Fransada 230-dan çox sənətçi və fenomen Fələstin dövlətini tanımağa çağırdı

17:34 - 5 İyun 2024

Fransada 230-dan çox sənətçi və fenomen Fələstin dövlətini tanımağa çağırdı

Fransada 230-dan çox sənətçi və internet fenomeni Fransa prezidenit Emmanuel Makronu Fələstin dövlətini tanımağa çağırıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Fransanın Liberation qəzetində dərc olunan ortaq məktubda müğənni Angele, model və aktrisa Lea Seydoux və video məzmun prodüseri Mister V daxil olmaqla 230-dan çox sənətçi və internet fenomeni iştirak edib.

Məktubda İspaniya, İrlandiya və Norveçin Fələstin dövlətini rəsmən tanıdığı xatırladılıb və “insan haqları və maarifçilik ölkəsi” olduğunu iddia edən Fransanın hələ də hərəkətə keçmədiyi diqqətə çatdırılıb.

“Biz, sənətçilər, məzmun yaradıcıları, ictimai xadimlər və vətəndaşlar, fərqlərimizlə, eyni zamanda bizi birləşdirən bağlarla, təkcə mövcud vəziyyətə cavab olaraq deyil, həmçinin, bu xalqın var olmaq hüququ naminə, Fələstin dövlətinin varlığını tanıdığımızı dünyaya elan etmək üçün səsimizi birləşdiririk”  – məktubda deyilir.

Fələstin dövlətini tanımayan Fransanın “utanc düşərgəsində olmamalı” olduğu vurğulanan məktubda, ıb və sual olunub: “Aydın və humanist mövqe ortaya qoyulana qədər daha nə qədər insan ölməli olacaq? insanlığa qarşı daha çox cinayət törədiləcək?" bu sözlərlə reaksiya verib.

Prezident Makron fevral ayında verdiyi açıqlamada Fələstin dövlətinin tanınmasının onun ölkəsi üçün “tabu” olmadığını bildirmişdi.

İspaniya, Norveç və İrlandiya mayın 28-də Fələstini, iyunun 4-də isə Sloveniyanı rəsmən tanımaq qərarına gəliblər.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin