Bu məşhur kanal 35 gün müddətinə dayandırılacaq

17:01 - 5 İyun 2024

Bu məşhur kanal 35 gün müddətinə dayandırılacaq

İsrail məhkəməsi hökumətin Qətər mərkəzli Əl-Cəzirə telekanalının İsraildəki fəaliyyətini milli təhlükəsizlik səbəbilə 35 gün müddətinə dayandırmaq qərarı təsdiqlənib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, rabitə naziri şənbə günü qadağanı daha 45 gün uzatmağa ümid etdiklərini açıqlayıb.

İsrailin Baş naziri Binyamin Netanyahunun kabineti may ayında Qətər mərkəzli Əl-Cəzirə televiziya kanalının İsraildəki fəaliyyətini milli təhlükəsizliyi təhdid etdiyi səbəbiylə Qəzzada müharibə davam etdiyi müddətcə dayandırmağa qərar vermişdi.

Hökumətin Əl-Cəzirəni bağlamaq qərarından sonra İsrail hakimiyyəti mayın 6-da telekanalın Qüdsdə ofis kimi istifadə etdiyi otel otağına basqın edib.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin