Gənc şair faciəvi şəkildə öldü
16 Noyabr 2024
15:01 - 24 Oktyabr 2021
İndiyədək tapılan triçeratops tipli dinozavrların ən böyüyü hesab olunan "Con"un skeleti Parisdə keçirilən hərraca çıxarılıb.
Manset.az xarici mətbuata istinadən xəbər verir ki, 66 milyon il əvvələ məxsus olan skelet 6,65 milyon avroya (təxminən 13 milyon 145 min manat) satılıb. Onu alan şəxsin adı isə açıqlanmayıb.
Qeyd edək ki, "Con" adlı triçeratops 2014-cü ildə Amerikanın Cənubi Dakota ərazisində aşkar olunub. Alimlər onun sümüklərinin yalnız 60%-ni tapa biliblər. Dinozavrın skeleti 200 sümükdən ibarətdir. Onun uzunluğu 8, hündürlüyü isə 3 metrdir.
axsam.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin