Xudafərin körpüsünün azad olunmasından 4 il ötür
18 Oktyabr 2024
15:49 - 5 İyun 2024
Azərbaycanlı iş adamı Faiq Quliyevin oğlu Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsinin Megion şəhərinin məhkəməsində bələdiyyə nəzarəti şöbəsinin müdiri Semyon Qoliki döyüb.
Manset.az Oxu.az-a istinadən xəbər verir ki, 2023-cü ilin fevralında Qoliklə sahibkar Quliyevin övladları arasında baş verən insidentin araşdırıldığı məhkəmə prosesinin keçirildiyi zalı tərk etdikdən sonra proses tərəfləri söhbəti davam etdiriblər. Lakin onlar arasında qarşılıqlı anlaşmaya nail olmaq mümkün olmayıb və Quliyevin kiçik oğlu güc göstərmək qərarına gəlib. O, Qolikə güclü zərbə endirir.
Bu hadisədən sonra mülki iş cinayət işinə çevrilib. Məlumatı Qolik özü də təsdiqləyib və döyülmə anını lentə alaraq, hüquq-mühafizə orqanlarına məlumat verib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin