Hindistanda döyüş təyyarəsi qəzaya uğradı

12:16 - 5 İyun 2024

Hindistanda döyüş təyyarəsi qəzaya uğradı

Hindistan Hərbi Hava Qüvvələrinə məxsus Su-30MKI tipli döyüş təyyarəsi Maharaştra ştatının Naşik şəhərində qəzaya uğrayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, qəzadan iki pilot özlərini təyyarədən ataraq sağ qalıb.

Səlahiyyətlilər pilotların texniki nasazlıq barədə məlumat verdiyini və qəzanın dəqiq səbəbinin ətraflı araşdırmadan sonra açıqlanacağını bildirib.

Səlahiyyətlilər təyyarənin qısa müddət ərzində texniki baxışdan keçdiyini və sınaq uçuşu etdiyini açıqlayıb.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

7 Aprel 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin