74 yaşlı Konstans Qlants keçirdiyi infarkt nəticəsində dünyasını dəyişib.
Manset.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə ABŞ-nin Nebraska ştatında baş verib. Dəfn olunmağa aparılan qadının sağ olduğu məlum olub.
Belə ki, işçilər Qlantsın hələ də nəfəs aldığını görüb və səlahiyyətli şəxslərə xəbər veriblər.
Qeyd edək ki, dövlət tərəfindən verilən rəsmi məlumata görə ölüm faktı ilə bağlı heç bir şübhəli hal qeydə alınmayıb.