Sürücülərə xəbərdarlıq! - 4 bal, 100 manat CƏRİMƏ
24 Noyabr 2024
10:18 - 5 İyun 2024
HƏMAS, ABŞ prezidenti Co Baydenin səsləndirdiyi İsraillə 3 mərhələli atəşkəs təklifinin şərtlərini sadalayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Həmas Siyasi Bürosunun üzvü Usamə əl-Həmdan vasitəçi tərəflərə “İsrail daimi atəşkəs və Qəzzadan çəkilmə ilə bağlı dəqiq cavab verməlidir” şərtini çatdırıb.
Həmdan, “İsrail müharibəni həmişəlik dayandırmaq və Qəzzadan çəkilmək barədə dəqiq mövqe nümayiş etdirməyincə, onunla razılaşma olmayacaq” deyib.
Həmçinin, Həmdan oktyabrın 7-dən bəri əsir saxladığı fələstinlilərin azad edilməsi üçün beynəlxalq ictimaiyyəti İsrailə təzyiq etməyə çağırıb və İsrail həbsxanalarında saxlanılan fələstinlilərə qarşı insan haqları pozuntularının artmasına diqqət çəkib.
O, bildirib ki, Qəzzadakı israilli məhbusların azad edilməsi üçün şərtləri İsrail həbsxanalarındakı fələstinlilərin azad edilməsidir.
Əfsanə Rəcəb
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin