Bu ölkədə orduya əcnəbilər də cəlb olunacaq

16:02 - 4 İyun 2024

Bu ölkədə orduya əcnəbilər də cəlb olunacaq

Avstraliya əsgər sayını artırmaq üçün xarici vətəndaşların da orduya cəlb ediləcəyini açıqlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Avstraliya baş nazirinin müavini və müdafiə naziri Riçard Donald Marles Avstraliya Silahlı Qüvvələrindəki 4400 nəfərlik boşluğu doldurmaq üçün addımlar atıldığını bəyan edib.

Ölkənin dünya ilə ticarəti səbəbiylə "xarici orduların təzyiqlərinə açıq" olduğunu ifadə edən Marles, xarici ölkə vətəndaşlarının da orduya qatılmasına icazə veriləcəyini açıqlayıb.

Tam zamanlı personal sayının 63 min 600-ə çatdırılmasının hədəfləndiyini ifadə edən Marles, hökumətin 2040-cı ilə qədər bu rəqəmi 80 minə çatdırmağı planlaşdırdığını açıqlayıb.

Marles qeyd edib ki, orduya qəbul yalnız ABŞ, İngiltərə, Avstraliya, Kanada və Yeni Zelandiyanın "Beş Göz (Five Eyes)" kimi tanınan kəşfiyyat alyansı və Avstraliyada yaşayış icazəsi olan şəxslərlə məhdudlaşır.

Avstraliyada yaşayan Yeni Zelandiyalılar, iyul ayından; ABŞ, Böyük Britaniya və Kanadalılar da 2025-ci ilin yanvarından orduya qoşula biləcəklər.

Əfsanə Rəcəb

Manset.az

 


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin