Azərbaycan NATO PA-nın 70-ci illik sessiyasında iştirak edir
24 Noyabr 2024
14:24 - 4 İyun 2024
İspaniyanın Balear adalarının Aralıq dənizindəki ən böyük adası olan Mayorkada yerli əhali turistlərə qarşı etiraz aksiyası təşkil edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, yerli sakinlər çimərlikləri zəbt edib və küçələrdə turist əleyhinə şüarlar səsləndiriblər.
Şəhər əhalisi adanın paytaxtı Palma de Mallorcada “Mallorca Platja Tour” (Mallorca Beach Tour) adlı kampaniya qrupu vasitəsilə toplaşıblar.
Etiraz qrupu kütləvi turizmin yerli əhali üçün kirayə qiymətlərinin artırmasından qəzəblənib.
Bu vəziyyətin dövlət xidmətlərinə təzyiq göstərdiyini və administrasiyanın insanların ehtiyaclarına cavab vermədiyini bildiriblər.
Onlar həmçinin dənizin çirklənməsi və tıxacda nəzarətsiz kütləvi turizmi günahlandırıblar.
Küçələrdə “Mənim səfalətim, sənin cənnətin”, “Turistlər, eviniz gedin” kimi şüarlar yazılıb.
Əfsanə Rəcəb
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin