ABŞ-da öldüyü düşünülən adam morqda dirildi

13:08 - 4 İyun 2024

ABŞ-da öldüyü düşünülən adam morqda dirildi

ABŞ-da öldüyü güman edilən qocalar evi xəstəsinin sağ olduğu ortaya çıxıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Nebraska ştatında dəfn evinin işçiləri onu nəfəs alarkən görüblər.

Beləki, 74 yaşlı Konstans Qlantz qaldığı qocalar evində ölüb və yaxınlıqdakı dəfn evinə aparılıb.

Dəfn evinin işçisi meyitxanada meyitə qulluq edərkən qocanın nəfəs aldığını görüb və ona ürək masajı etməyə başlayıb.

Morqda özünə gələn şəxs hamını heyrətə salıb, daha sonra səlahiyyətli şəxslər çağırılıb.

Glantz yaxınlıqdakı xəstəxanaya aparılıb, müalicə olunub. Bildirilib ki, hadisə ilə bağlı heç bir şübhəli hal olmadığından qocalar evinə heç bir ittiham irəli sürülməyəcək.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin