Noyabrda bu tarixlərdə iş olmayacaq
18 Oktyabr 2024
17:18 - 3 İyun 2024
Kür çayında batan şəxsin kimliyi məlum olub.
Manset.az APA-ya istinadən xəbər verir ki, Şirvan sakini, 1952-ci il təvəllüdlü Əli Məstan oğlu Piriyev Kür çayının Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsi ərazisindən keçən hissəsində batıb.
Axtarışlar davam etdirilir.
***
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Kür çayının Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Bu barədə FHN-in Mətbuat xidmətindən Manset.az-a məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Əlavə məlumat veriləcək.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin