Toni Kroosun varisi bilindi - "8 nömrə"ni ona verəcəklər

00:00 - 30 Noyabr -0001

Toni Kroosun varisi bilindi -

Toni Kroosun gedişindən sonra "Real Madrid"də "8" nömrəli formanı kimin geyinəcəyi müəyyənləşib. 

 

Manset.az Fanat.Az-a istinadən xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb. 

Daha doğrusu, "Kral klubu"nun digər yarımmüdafiəçisi Federiko Valverde ona bu haqda məlumat çatdırıb: "15 nömrə"ni sevirəm, "Real Madrid"dəki arzularım onunla başladı. Amma bəli, iki aya onu dəyişəcəm. Kroosun gedişindən sonra "8"-i geyinəcəyim üçün sevinirəm".

Xatırladaq ki, Federiko Valverde “Real Madrid”ə 2018-ci ilin yayında keçib. Bu mövsüm o, 54 oyun keçirib, 3 qol vurub və 8 məhsuldar ötürmə edib.


Xəbər xətti

20 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin