Noyabrda bu tarixlərdə iş olmayacaq
18 Oktyabr 2024
21:03 - 1 İyun 2024
Milli Hidrometeorologiya Xidməti tərəfindən öncədən verilən narıncı və sarı xəbərdarlığa əsasən hazırda Bakıda və Abşeron yarımadasında və ölkənin bəzi rayonlarında güclü küləkli hava şəraiti hökm sürür.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova Manset.az-a bildirib ki, küləyin daha da güclənəcəyini nəzərə alaraq vətəndaşlardan ehtiyatlı davranmağı tövsiyə edirik:
"İlk növbədə uşaqları küləkli havada nəzarətsiz buraxmamaq, nəqliyyat vasitələrini iri gövdəli ağacların altında saxlamamaq
gərəkdir. Öncədən verilən xəbərdarlıqlara diqqət yetirərək tikinti işləri gedən obyektlərin, reklam lövhələrinin, hündür ağacların, elektrik dirəkləri və naqillərinin altında dayanmayın."
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin