Ucarda yol qəzası: Xəsarət alan var

20:43 - 30 May 2024

Ucarda yol qəzası: Xəsarət alan var

Ucarda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Manset.az Bizim.Media-ya istinadən xəbər verir ki,  hadisə  Bakı-Qazax əsas magistral yolunun rayonun Qaradağlı kəndindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, həmin yolda hərəkətdə olan "KamAZ" markalı yük maşını "Hyundai" markalı minik maşını ilə toqquşub. Nəticədə “Hyundai”da olan sərnişin, rayonun Qaradağlı kənd sakini, 45 yaşlı Yusif Abdulla oğlu Əhmədov müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Yaralı dərhal Ucar Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Həkimlər zərərçəkənin kəllə-beyin travması aldığını və vəziyyətinin ağır olduğunu bildiriblər.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

22 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin