Gənc qız 27 həb içib intihar etdi

14:31 - 23 Oktyabr 2021

Gənc qız 27 həb içib intihar etdi

Bakıda həddindən artıq dərman qəbul edən 27 yaşlı qız ölüb.

Manşet.az xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

Oktyabrın 21-də 1994-cü il təvəllüdlü Röya Rəfiyeva yaşadığı ünvanda 27 ədəd dərman həbi qəbul edib. Halı pisləşən R.Rəfiyeva dərhal xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.


Xəbər xətti

15 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin