Fransa COP29-a niyə qatılmadı? - Hikmət Hacıyev açıqladı
16 Noyabr 2024
14:01 - 23 Oktyabr 2021
Rusiyanın tanınmış xizəkçisi Vyaçeslav Vedenin dünyasını dəyişib.
Manşet.az xəbər verir ki, titullu idmançı 80 yaşında uzun müddətdir davam edən xəstəlikdən vəfat edib.
Əfsanəvi xizəkçi öz vəsiyyətinə uyğun olaraq, Tula bölgəsindəki doğma kəndi Slobodada dəfn ediləcək.
Qeyd edək ki, dördqat dünya çempionu olan Vedenin 1972-ci il Qış Olimpiya Oyunlarında 2 qızıl və 1 bürünc medal qazanıb. O, həmçinin 1968-ci ildəki olimpiadada 2-ci yeri tutub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin