Prezident bu mərkəzləri ləğv etdi - SƏRƏNCAM
21 Noyabr 2024
16:05 - 17 May 2024
Azərbaycanın daim dəyişən beynəlxalq və regional proseslərə uyğun aparılan xarici siyasətinin təməli Ümumilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Heydər Əliyevin beynəlxalq təşkilatların rəhbərləri ilə keçirdiyi görüşlər, əldə etdiyi razılaşmalar, dünyanın güc mərkəzləri ilə apardığı müzakirələr sayəsində Azərbaycan qlobal siyasi arenada etibarlı tərəfdaş kimi etimad qazanıb. Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan dünyanın müxtəlif ölkələri və təşkilatları ilə həm sosial, həm hərbi, həm siyasi, həm də iqtisadi sahələrdə əməkdaşlıq qurub və beynəlxalq nüfuzu ildən-ilə artıb. Ölkəmiz beynəlxalq siyasi münasibətlər çərçivəsində həll olunan məsələlərdə fəal iştirak edir, həmçinin, qlobal və regional miqyasda xüsusi nüfuza sahib olan beynəlxalq təşkilatlarla əməkdaşlığa böyük önəm verir.
Mövzu ilə bağlı Manset.az-a açıqlama verən millət vəkili Arzu Nağıyev bildirib ki, bu gün müasir geosiyası reallıqda Cənubi Qafqaz lideri Azərbaycandır. Bunun da əsas meyarı uğurlu, xarici siyasət, iqtisadi inteqrasiya, siyasi sabitlikdir.
Arzu Nağıyev vurğulayıb ki, İkinci Qarabağ müharibəsi fonunda Cənubi Qafqazda geosiyasi mənzərə kökündən dəyişib:
“Azərbaycanın istər regional, dövlət istər dünya birliyinə inteqrasiyası çox mühüm məsələdir. Məlumdur ki, 44 günlük müharibədə qələbəyə qədər bu bir başqa istiqamət idi, indi artıq şanlı qələbəmizdən sonra inteqrasiya məsələsi daha da gündəmdədir. Çünki Azərbaycanı artıq qalib və paralel olaraq enerji təhlükəsinə təhdidin qarşısını alan bir dövlət kimi qəbul edirlər. Azərbaycan əksər dövlətlərlə, istər Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq təşkilatı, Türk Dövlətləri Təşkilatı, Avropa İttifaqı və bir sıra beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq edir. Bu gün Azərbaycan beynəlxalq arenada söz sahibidir. Bu gün Türk Dövlətləri Təşkilatı çərçivəsində Türk dövlətləri ilə qarşılıqlı münasibətimnizin möhkəmlənməsi, prezidentimizin Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan , Qırğısıztan kimi ölkələrə işgüzar səfərləri və həmin dövlətlərin rəhbərlərinin Azərbaycana səfərləri, işğaldan azad olunmuş ərazilərdə Türkiyə, Qırxısıztan, Belarusiya və digər dövlətlərin rəhbərlərinin müxtəlif infrastrukturlarının açılışında iştirak etməsi, birliyimizin dünyaya qarşı bir münasibəti və nümayişidir. Məlumdur ki, hərbi sahədə Türk ordusu modelində ordu quruculuğu işləri uğurla davam edir. Qısa müddətdə Azərbaycan-Türkiyə-Gürcüstan hərbi tərəfdaşlığı, müxtəlif dövrlərlərlə strateji əməkdaşlıqla bağlı imzalanan müqavilələrimiz, yəni bunlar çox mühüm əhəmiyyət kəsb edir. Son vaxtlar enerji təhlükəsizliyi sahəsində ölkəmiz Avropa üçün bir tələbatdır. Bu sahədə Serbiya, Ruminiya, Bolqarıstan, Macarıstan, Slovakiya və digər dövlətlərlə uğurlu əməkdaşlığımız qurulub. Gürcüstan, Ruminiya və Macarıstan hökumətləri arasında Yaşıl Enerji sahəsində starateji tərəfdaşlıq sazişi var. Məlumdur ki, bir sıra dövlətlər Ermənistandan vasitə kimi istifadə edərək Azərbaycanın beynəlxalq səviyyədə inkişafına mane olmağa çalışır. Lakin Azərbaycanın dönməz daxili və xarici siyasəti var. Bu siyasət müstəqildir. Ona görə də biz öz prinsiplərimizə uyğun olaraq beynəlxalq təşkilatlarla əməkdaşlıq edirik. Ən bariz nümunə kimi ölkəmizdə keçirilməsi nəzərdə tutulan COP29 da dövlətlərin, bir sıra beynəlxalq təşkilatların Azərbaycana gəlməsi çox mühüm əhəmiyyət kəsb edir. Təbii ki, inteqrasiya prosesində diaspora təşkilatlarının da rolu mütləq şəkildə nəzərə alınmalıdır. Bu gün Diasporla İş üzrə Dövlət Komittəsinin işini təqdirə layiq hesab etmək olar. Qeyri-hökumət təşkilatları, diplomatik fəaliyyət göstərən kanallarımız çox mühüm əhəmiyyət kəsb edən işlərlə məşğuldular. Birmənalı şəkildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə xarici dövlətlərdə keçirilən aksiyalar, digər məsələlər ölkəmizin xarici dövlətlərə inteqrasiyası əməkdaşlığı, üçündür və bu əməkdaşlıq müsbət dəyərləndirilir. Azərbaycanın dünya birliyinə inteqrasiyası üçün əlindən gələni edir. Bu istiqamətdə çox ciddi işlər aparılır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin pardığı xarici və daxili siyasətin nəticələrinin bariz nümunəsi kimi biz bunu qeyd edə bilərik”.
Deputat Ramil Həsənin sözlərinə görə, Azərbaycan beynəlxalq münasibətlər sistemində öz sözünü deyən, inteqrasiyanın inkişaf tempinin mühüm faktorlarından məharətlə istifadə edən, balanlaşdırlmış siyasət yürütməkdə uğur qazanan, müharibəni zəfərlə beynəlxalq hüquq çərçivəsində qazanan və imzası sözü qəzər keçərli olan bir başçısına sahib olan bir ölkədir.
Ramil Həsən bildirib ki, Azərbaycan bu gün bölgədə sülhün və sabitliyin təmin olunması, təhlükəsizliyin bərqərar olması, bir çox irimiqyaslı layihələrin həyata keçirilməsinə böyük dəstək verməkdədir:
“Azərbaycan müstəqilliyini əldə etdikdən sonra keçən dövr ərzində dünya birliyinə inteqrasiya, beynəlxalq münasibətlər sistemində öz yerini tutması və daxildə baş verən xaoslardan qurtularaq müstəqil güclü dövlət qurulması istiqamətində ümummilli lider Heydər Əliyevin başçılığı altında həyata keçirilən və təməlləri atılmış xarici siyasət strategiyası bu gün cənab Prezident və Qarabağ zəfərinin banisi İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Bu baxımdan 44 günlük Qarabağ Savaşından sonra əldə etmiş olduğu zəfər, tarixi Qarabağ torpaqlarının düşmən tapdağından azad edilməsi və beynəlxalq arenada Azərbaycanın mövqeyinin və strateji münasibətlər sistemində vəziyyətinin daha da yaxşılaşdırılmasına xüsusi təkan verdi. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin başçılığı altında Azərbaycanın xarici siyasət strategiyasının hazırlanıb həyata keçirilməsi, dövlət başçısının dəfələrlə bəyan etdiyi kimi artıq müdafiədən hücum diplomatiyasına keçirilməsi, bu istiqamətdə bütün şaxələrdə diplomatiyadan böyük məharətlə istifadə edilməsi, Azərbaycanın “Qoşulmama Hərəkatı”nda çox mühüm və tarixi addımlar atması, pandemiyaya qarşı mübarizə çərçivəsində, BMT-nin xüsusi sessiyasının çağırılması, eyni zamanda ölkələrə “Qoşalmama Hərəkatı” kimi bu istiqamətdə inkişaf etməmiş zəif olan ölkələrə xüsusi dəstəklərin həyata keçirilməsi, paralel olaraq 44 günlük vətən savaşından sonra baş vermiş antiterror əməliyyatı Azərbaycan torpaqlarından düşmənin tamamilə çıxarılması və Azərbaycanın suveren hüquqlarının ilk dəfə bütün ərazisində bərqərar edilməsi, Azərbaycan bayrağının şərəflə və böyük qürur hissi ilə dalğalandırılması bizim həm Cənubi Qafqaz, həm Asiya və Avropa arasındakı münasibətlər sistemində və beynəlxalq arenada mövqeyimizi daha da gücləndirib. Azərbaycan və Ermənistan arasında həyata keçirilən delimitasiya və demarkasiyaya bağlı hökumətlərarası ikitərəfli danışıqlar məhz Azərbaycanın qəti iradəsi uğurla davam etdirilir”.
Ramil Həsən qeyd edib ki, bu gün Azərbaycan Prezidenti balanslaşdırılmış siyasət yürütməklə həm qonşu Rusiya Federasiyası ilə, həm bu gün faktiki olaraq Rusiya ilə müharibə vəziyyətində olan Ukrayna ilə münasibətləri normal şəkildə saxlamağa nail olmuş çox nadir ölkələr sırasında yer almaqdadır. Bu da Azərbaycan dövlətinin xarici siyasətinin ölkə rəhbərinin başçılığı altında nə dərəcədə məharətlə idarə edildiyinin bariz nümunəsidir. Bu gün Azərbaycan Ermənistan ilə sülhə doğru ciddi və iradəli şəkildə addım atmaqdadır. Əminik ki, bu iradə, güc və cəsarət yaxın zamanda Cənubi Qafqaza sülhün gəlməsi və Ermənistanla sülh müqaviləsinin imzalanmasında da böyük töhfəsini verəcək:
“Bu gün Azərbaycan bölgədə söz sahibidir, Azərbaycan prezidenti dünya liderləri içərisinə sözü və imzası eyni şəkildə keçərli olan çox nadir liderlər arasında yer alır. Bu gün Azərbaycan və Türkiyə strateji müttəfiqlik səviyyəsində, qardaşlıq bağlarından maksimum şəkildə istifadə edərək strateji xarici siyasət, hərbi müdafiə, sənaye, iqtisadiyyat və bir çox sahələrdə öz adımlarını atmaqdadır. Bu gün Azərbaycan dövləti cənab Prezidet İlham Əliyevin başlığı altında Türk Dövlətləri Təşkilatının güclənməsi istiqamətində inanılmaz addımlar atmaqda, bu istiqamətdə lokomotiv rolunu oynaya biləcək gücə və qüvvətə sahib olduğunu ortaya qoymaqdadır.
Azərbaycan bilavasitə Türk Dövlətləri Təşkilatının daha aktiv, daha unikal və güclü bir hala gəlməsi bir çox sahələrdə konkret istiqamətdə fəaliyyətin həyata keçirilməsi, beynəlxalq təşkilat kimi Türk dövlətləri çərçivəsində töhfə verməsi üçün öz əlindən gələn əməyini və gücünü əsirgəməməkdədir. Cənab Prezidentin Azərbaycan tarixi siyasət streategiyasını çizərkən iki mühüm faktordan biri kimi Türk Dövlətləri Təşkilatını qeyd edərək, bizim başqa ailəmiz, başqa evimiz yoxdur, bizim ailəmiz, bizim evimiz Türk Dünyasıdır, Türk Dövlətləri Təşkilatıdır və ona üzv olan qardaş ölkədərdir demişdir. Bütün çətinliklərə və təzyiqlərə baxmayaraq bu gün Azərbaycanın qardaşı və müttəfiqi Türkiyə Cumhuriyyətinin həyata keçirtmiş olduğu xarci siyasət sferasının mühüm faktorlarından biri olan Şimali Kipr Türk Respublikası ilə bağlı mühüm addımlar atması, Azərbaycan parlamentində Azərbaycan və Şimali Kipr Türk Respublikası parlamentlərarası dostluq qrupunun yaradılması, Şimali Kipr Türk Respublikası Prezidentinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Şuşada keçiriləcək Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi sammitinə dəvət edilməsi də bu istiqamətdə olan xüsusi, iradəli və müdrik dövlət başlılarına xas olan keyfiyyətlərin təzahürüdür. Azərbaycan Gürcüstan, İran İslam Respublikası və digər qonşu ölkələrlə sıx və səmimi münasibətlər qurmaqla bölgədə və qloballaşma prosesi çərçivəsində mövqelərini dəyişən ölkələrdən fərqli oaraq stabil bir siyasət yürüdür. Bu da iqtisadi sferada irimiqyaslı layihələrin həyata keçirilməsi, enerji resurslarının işlənib hazırlanması, alternativ enerji layihələrinin, Avropa və Asiyanı birləşdirən bir hap kimi istifadə olunması, Xəzər dənizindən tranzit və transfer yolları kimi istifadə edilməsi, nəqliyyat, daşınma istiqamətində həyata keçirilməsi də beynəlxalq münasibətlər sisteminin iqtisadi sferasında Aərbaycanın uğurlarınından biri sayıla bilər”
Əfsanə Rəcəb
6.3.6. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi;
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin