Telman İsmayılov Monteneqrodan sığınacaq aldı

21:34 - 22 Oktyabr 2021

Telman İsmayılov Monteneqrodan sığınacaq aldı

Azərbaycan əsilli iş adamı, milyarder Telman İsmayılov Monteneqrodan siyasi sığınacaq alıb.

Manşet.az "Vijesti" portalına istinadən xəbər verir ki, bu barədə onun vəkili Miloş Vuksanoviç deyib.

"Azərbaycanlı milyarder Telman İsmayılov Monteneqroda sığınacaq aldığı üçün təcridxanadan da azad edilib. Bu məlumatı onun vəkili Miloş Vuksanoviç də təsdiqləyib", - portal yazıb.

Xatırladaq ki, Rusiya tərəfindən verilən axtarış qərarı ilə Moskvadakı “Çerkizov” bazarının keçmiş sahibi T.İsmayılov bir müddət əvvəl Podqoritsa şəhərində saxlanılıb. Şəhər məhkəməsi oktyabrın 2-də onun barəsində həbs qərarı çıxarmışdı.

T.İsmayılov Rusiyada siyasi təqiblərə məruz qaldığı üçün Monteneqrodan sığınacaq istəmişdi.

Qeyd edək ki, iş adamı və qardaşı Vaqif İsmayılov beynəlxalq axtarışa verilib. Qardaşlar qətl və qanunsuz silah alverində ittiham olunurlar.
İstintaq Telman İsmayılovu iki sahibkarın qətlinin təşkilatçısı hesab edir. Sözügedən cinayəti törədən Mehman Kərimov 13 il azadlıqdan məhrum edilib.


Xəbər xətti

15 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin