Xudafərin körpüsünün azad olunmasından 4 il ötür
18 Oktyabr 2024
15:02 - 24 May 2024
Meksikada Xorxe Alvares Maynezin seçki mitinqində səhnədəki nəhəng ekranın aşması və damın uçması nəticəsində azı 9 nəfər ölüb, 63 nəfər yaralanıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, qəzadan sonra Maynez kampaniya fəaliyyətini dayandırıb və səlahiyyətlilərdən şəffaf araşdırma tələb edib.
Fəlakət zamanı səhnənin çökdüyünü anlayan Maynez və komandası sürətlə səhnədən qaçıb və çoxlu insan aşmış ekranın altında qalıb.
Xorxe Alvares Maynez hadisədən sağ-salamat xilas olub.
İyunun 2-də Meksikada keçiriləcək prezident seçkilərində Xorxe Alvares Maynes səsvermədə üçüncü yerdədir.
Əfsanə Rəcəb
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin