Tanınmış türk aktyor çəkiliş zamanı infarkt keçirərək öldü - FOTO

21:04 - 22 Oktyabr 2021

Tanınmış türk aktyor çəkiliş zamanı infarkt keçirərək öldü - FOTO

Türkiyənin tanınmış aktyoru, “Səksənlər” serialında Seyfi obrazını canlandıran Kemal Kuruçay 59 yaşında dünyasını dəyişib.

Manşet.az Türkiyə mediasına istinadən xəbər verir ki, aktyor çəkiliş meydançasında infarkt keçirib. Kuruçayın ölüm xəbərini aktyor Nedim Saban sosial şəbəkədə paylaşıb:

“Çox istedadlı bir aktyor, çox yaxşı insan idi. “İki oda bir Sinan” tamaşasında birlikdə işləmişdik. Böyük sevgi ilə peşəsinə bağlı idi. Çox pis oldum”. 



Xəbər xətti

25 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin