Noyabrda bu tarixlərdə iş olmayacaq
18 Oktyabr 2024
12:12 - 24 May 2024
Taylandda getdikləri taksinin sürücüsünün yatdığını görən qadın müştəri sükan arxasına keçib, taksi sürücüsü isə bütün yol boyu arxa oturacaqda yatıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Taylandın Pattaya şəhərindən Don Muang hava limanına getmək üçün gecə saatlarında taksi çağıran 2 qadın taksi sürücüsünün yatdığını görüblər.
Gecələr yaşadıqları ərazidə başqa taksi tapa bilməyəcəklərini düşünən iki qadın sürücüyə nəqliyyat vasitəsini özləri istifadə etməyi təklif ediblər.
Taksi sürücüsü müştərinin təklifini qəbul edib və arxa oturacağa keçib.
Dostunun lentə aldığı görüntülərdə gənc qadının avtomobili özü idarə etdiyi, taksi sürücüsünün isə arxa oturacaqda yatdığı görülüb.
Əfsanə Rəcəb
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin