Fatih Terim Bakıda
15 Noyabr 2024
20:28 - 22 Oktyabr 2021
Yeni yaranan ştamlar daha təhlükəli olur
TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Süleyman Kamilov bildirib ki, koronavirusun “delta” ştamının alt növü olan AY.4.2 virusu daha yüksək yoluxma qabiliyyəti ilə xarakterizə olunur və bir daşıyıcı eyni anda 9 insanı yoluxdura bilər.
" Koronavirusun AY.4.2 mutasiyası yeni növ ştam deyil. “Delta” ştamının başqa bir variantıdır və iyul ayında identifikasiya olunub. Bəzi məqalələrdə ona “delta plyus” da deyilir. Digər ştamlardan əsas fərqi odur ki, yoluxma sürəti nisbətən daha yüksəkdir. Amma xəstəliyin bu ştamda gedişatı, hansı fəsadlara səbəb olması və neçə faiz kliniki ölüm təşkil etməsi haqqında əlimizdə dəqiq məlumat yoxdur.
Yeni ştamların meydana çıxması qorxuludur. Burada iki versiya var: birincisi, hər hansı özəlliyini, yoluxma və ya yoluxduğu zaman xəstəlik törətmə qabiliyyətini itirir. İkincisi, yeni bir özəllik qazanır, daha sürətlə yoluxdurur, kliniki ölümlərin baş verməsi sürətlənir. Hazırda koronavirus məsələsində biz hələ ki, virusun zəifləməsini müşahidə etmirik, yeni yaranan ştamlar daha təhlükəli olur. Məsələn, COVID-19-un ənənəvi ştamlarından fərqli olaraq “delta” ştamı daha çox insan yoluxdurdu, müalicəyə daha ciddi yanaşıldı, xəstələrdə daha sürətli klinik ağırlaşmalar müşahidə edildi. AY.4.2-də də gedişat bu formada baş verib və ya verməyəcəyini demək hələ tezdir.
Buna görə də biz üçüncü doza vaksinin icra edilməsini tövsiyə etdik. Əgər hər hansı bir şəxs əvvəlcədən 2 doza “Sinovac” vaksinindən istifadə edibsə, üçüncü dozanın fərqli vaksin - xüsusilə “Pfizer” olması məqsədəuyğundur. Bu, onun ştamlara qarşı qoruyuculuğunu daha da artırır". /publika.az/
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin