Rza Zərrab illər sonra ortaya çıxdı: Adını dəyişib, lüks həyat yaşayır

18:33 - 22 Oktyabr 2021

Rza Zərrab illər sonra ortaya çıxdı: Adını dəyişib, lüks həyat yaşayır

Türkiyəli müğənni Ebru Gündəşdən boşanan azərbaycanlı iş adamı Rza Zərrab illər sonra ortaya çıxıb.

Manşet.az bildirir ki, iş adamının adını və soyadını, o cümlədən işini dəyişdiyi iddia edilib. Zərrabın "Aaron Goldsmith” adını aldığı bildirilib.
Məlumata görə, iş adamı bu ilin əvvəlində ABŞ-ın Florida ştatında "Next Level Performance Center” adlı atçılıq mərkəzi qurub. Eyni zamanda onun Miamidə lüks həyat yaşadığı bəlli olub. Sosial mediada şəkilləri sürətlə yayılan Zərrabın yeni eşqə başladığı da qeyd edilib.

Xatırladaq ki, iş adamı bu ilin aprel ayında Gündeşdən boşanıb. 

sfera.az
 


Xəbər xətti

24 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin