On mindən çox hərbçi “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edildi

12:24 - 24 İyun 2021

On mindən çox hərbçi “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edildi

Prezident İlham Əliyev iyunun 24-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Manset.az  xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının Füzuli rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş 10 min 211 hərbi qulluqçu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib.

Təltif edilənlərin 1-i general-leytenant, 1-i general-mayor, 40 nəfəri polkovnikdir.


Xəbər xətti

20 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin