“Bu yolla ölkələrimizi müdafiə edə bilərik” - Hikmət Hacıyev

14:21 - 22 Oktyabr 2021

“Bu yolla ölkələrimizi müdafiə edə bilərik” - Hikmət Hacıyev

Türk dünyasının həqiqətlərini dünyaya çatdırmaq üçün türkdilli ölkələrin mediasının koordinasiya olunmuş şəkildə birgə fəaliyyəti vacibdir.

 

Manset.az xəbər verir ki, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev Türk Şurası Media Forumunda çıxışı zamanı deyib.


Hacıyev bildirib ki, Türk Şurası ölkələrinin iş adamları, diplomatları və digər sahənin nümayəndələrinin bir araya gəldiyinin şahidi olurduq, amma bu dəfə media nümayəndələrinin bir araya gəlməsi bizi daha çox sevindirir: “Medianı bir arada görmək sevindiricidir. Çünki media arasındakı münasibətlərin güclənməsi gələcəkdə ölkələrarası əlaqələrə öz müsbət təsirini göstərmiş olacaq”.

O əlavə edib ki, media arasında münasibətlərin gücləndirilməsi həm də liderlərimiz tərəfindən bizim qarşımıza qoyulan  vəzifədir: “Sonuncu Türküstan sammitində  liderlərimizin qəbul etdiyi birgə bəyanatda ortaq mədəniyyətimizin, tariximizin daha yaxından öyrənilib, dünyaya çatdırılması qarşımıza tapşırıq kimi qoyulub. Ondan öncəki sammitlərdə də belə tapşırıqlar olub. Ona görə də bu sahədə media mənsubları olaraq  sizlərin çiyninə böyük bir vəzifə düşür.
Birincisi, ortaq kökümüzün, tariximizin, zəngin türk mədəniyyətinin gənc nəslə və dünyaya yaxından tanıtdırılması istiqamətində işlər aparılmalıdır”.

Hacıyev həmçinin bildirib ki, Türk dünyasına və ölkələrimizə qarşı beynəlxalq aləmdə dezinformasiya xarakterli informasiya təbliğatı aparılır. 

“Azərbaycan da  müstəqilliyinin ilk illərindən belə bir kampaniyanın ilk sırasında olan ölkələrdəndir. Təəssüflər olsun ki, bu gün də ölkəmizə qarşı belə bir savaş  aparılır. Ona görə bu kampaniyalara qarşı mübarizədə ən effektiv rol həqiqətin dünyaya çatdırılmasıdır. Həqiqətin dünyaya çatdırılmasında birgə koordinasiya olunmuş şəkildə işlməyimiz, qarşılıqlı şəkildə dəstək verməyimiz çox vacibdir. 

Eyni zamanda sosial mediada yeni  tendensiyalar baş verir ki, bu yeni tendesiyalar izlənilib, təcrübə mübadiləsi aparılması ölkələrimiz üçün çox vacibdir. Biz bu yolla ölkərimizə qarşı yönələn manipulyativ xarakterli informasiyalardan qoruya bilərik. Bu sahədə Azərbaycanın  öz təcrübəsi var.  Savaş dönəmində də bu hücumun şahidi olduq. Azəbaycan olaraq qarşımızda yeni bir mücadilə dayanır ki,  bu da  Qarabağın yenidən qurulmasıdır. Təəssüflər olsun ki, 30 illik işğal nəticəsində yaşayış mənətəqləri ilə yanaşı, türk tarixi mədəni irsimiz, dini abidələrimiz, 67 məscidimiz ermənilər tərəfindən dağıdılaraq məhv edilib. Orada donuzlar saxlanılıb. İndi yenidən həmin irs bərpa edilib, Qarabağda həyatı yenidən bərpa etmək istəyirik. Ümid edirəm ki, türkdilli ölkələr bu işdə Azərbaycanın yanında olacaq. Bizim məqsədimiz qisas almaq yox, gələcəkdə belə hadisələrin dünyanın digər yerlərində baş verməməsi, sülhün, əmin-amanlığın bərpa olunmasıdır”, - Hacıyev qeyd edib.
 


Xəbər xətti

15 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin