CNN siyasi şərhçisi ölü tapıldı

12:41 - 21 May 2024

CNN siyasi şərhçisi ölü tapıldı

CNN-in şərhçisi Alisa Stüart Virciniya ştatının Belle View şəhərində açıq havada ölü tapılıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, səlahiyyətlilər Stüartın ölümündə cinayətdən şübhələnmədiklərini və səhhətində yaranan ani problem səbəbindən ölmüş ola biləcəyini bildiriblər. Məşhur siyasi şərhçinin ölüm səbəbi araşdırılır.

CNN-in baş direktoru Mark Thompson şənbə günü işçilərə e-poçt göndərərək, "Alisa CNN-də hamımızın çox yaxın dostu və həmkarı idi" deyib. Tompson vurğulayıb ki, Stüart CNN-in yayımına unikal qığılcım gətirib və təkcə siyasi fərasəti ilə deyil, həm də nəzakəti ilə tanınıb.

Qeyd edək ki, 58 yaşlı Alisa Stüart uzun müddət ABŞ-da Respublikaçılar Partiyası üzvlərinin seçki kampaniyalarında məsləhətçi və CNN-də şərhçi olub. Emmi mükafatına layiq görülmüş jurnalist Stüart karyerasına Gürcüstanda müxbir kimi başlamış və bir çox siyasətçinin kommunikasiya direktoru vəzifəsində çalışmışdır.

Əfsanə Rəcəb

Manşet.az



Xəbər xətti

8 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin