Hava kəskin pisləşir - Bu tarixdən leysan və qar yağacaq
15 Noyabr 2024
11:57 - 22 Oktyabr 2021
“Gəncə hadisələri” ilə əlaqədar həbs olunmuş Urfan Məmmədovun cəza müddəti azaldılıb.
Manset.az xəbər verir ki, bu barədə onun vəkili Qanqa İbrahimov məlumat yayıb. O bildirib ki, Ali Məhkəmə müvəkkili U.Məmmədovun cəza müddətini 5 ilə endirib.
Belə ki, Cinayət Məcəlləsinin 18 maddəsi ilə təqsirli bilinən və 18 il azadlıqdan məhrum edilən Urfan Məmmədovun ittiham olunduğu maddələr üzrə cinayət işinə xitam verilib. Ali Məhkəmə onu yalnız Cinayət Məcəlləsinin 307.3-cü (qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmə) maddəsi ilə təqsirli bilib. Yekunda U.Məmmədov 5 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, U.Məmmədov Yunis Səfərovla birlikdə ittiham olunurdu. Yunis Səfərova ömürlük, digərlərinə isə 18-20 il müddətinə azadlıqdan məhrum etmə cəzası verilib.
qafqazinfo.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin