Azərbaycan təmsilçiləri Paris-2024-ü neçə medalla başa vurdular?
8 Sentyabr 2024
19:54 - 18 May 2024
Türkiyə Qırğızıstandakı səfirliyi bu ölkədə olan vətəndaşlarına xəbərdarlıq edib.
Manset.az Report-a istinadən xəbər verir ki, səfirlik ölkə vətəndaşlarını, ilk növbədə tələbələri yerli sakinlərlə Asiya ölkələrinin vətəndaşları arasında münaqişə baş verən gecə aksiyalarından sonra axşam saatlarında Bişkekdəki əyləncə məkanlarına getməməyə çağırıb.
Qeyd edək ki, Bişkekdə, əsasən Asiyadan olan mühacirlərin kütləvi şəkildə yaşadığı bir sıra ərazilərdə mayın 13-də baş vermiş kütləvi dava iştirakçılarına ədalət tələb edən yerli sakinlərin iştirakı ilə etiraz aksiyaları keçirilib.
Daha sonra Qırğızıstanın paytaxtında hostellərin birində əcnəbilərlə Qırğızıstan vətəndaşları arasında münaqişə baş verib.
Ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, gecə baş verən hadisələr zamanı 29 nəfər həkimə müraciət edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin