Mustafa Ceceli Azərbaycanlı jurnalistdən üzr istədi

23:46 - 17 May 2024

Mustafa Ceceli Azərbaycanlı jurnalistdən üzr istədi

Türkiyəli müğənni Mustafa Ceceli Xəzər TV-nin müxbirindən üzr istəyib.

 

Manset.az  olay.az-a istinadən xəbər verir ki, bu barədə "Xəzər axşamı" verilişində məlumat verilib.

Ötən il sözügedən jurnalistlə ifaçı arasında yanlış anlaşılmadan dolayı problem yaşanmışdı. Onlar bir il sonra yenidən bir araya gəliblər və Ceceli bunları söyləyib:

"Sən o zaman bizim yanımıza gəlməyi qəbul etmədin. Əgər qəbul etsəydin, orada üzr istəyəcəkdim. Amma indi gəldiyin üçün təşəkkür edirəm. Səndən üzr istəyirəm. O an ola bilər ki, mən elə bildim ki, siz pis bir şey deyirsiniz. Halbuki pis bir şey deməmisiniz. Mən elə eşitdim. Ona görə də belə olduğu üçün səndən üzr istəyirəm. Biz qardaşıq. Mən 10 ildən çoxdur, buraya gəlirəm. İzləyicilərimiz də bilir ki, mən kiməsə pis söz demərəm. Elə anlaşıldı. Bu günə qismət imiş". 


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin