Saxta yolla əvvəlcə Ukrayna, sonra Azərbaycan “prava”sı düzəltdirib

15:57 - 15 May 2024

Saxta yolla əvvəlcə Ukrayna, sonra Azərbaycan “prava”sı düzəltdirib

Nizami Rayon Məhkəməsində 2 saxta sürücülük vəsiqəsi düzəltdirməkdə ittiham olunan Tural Zeynalovun (şərti) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, Cinayət Məcəlləsinin 320.2-ci maddəsi (sənədlərin saxtalaşdırılması) ilə ittiham olunub.

Belə ki, T. Zeynalov ötən il nəqliyyat vasitəsini idarə etmək üçün Ukrayna dövlətinin saxta sürücülük vəsiqəsini pul müqabilində alıb. Sonra həmin “vəsiqə”ni səlahiyyətli orqanlara təqdim etməklə saxta vəsiqə əsasında Azərbaycanın sürücülük vəsiqəsini alıb. Təqsirləndirilən şəxs buna görə sənədləri düzəldən Elsun adlı şəxsə 750 manat pul verib. 

Müttəhimin sözlərinə görə, vəsiqə ona 1 illik verilsə də, o, avtomobili olmadığı üçün saxta sürücülük vəsiqəsindən istifadə edə bilməyib.

Nəriman Mehdiyevin sədrlik etdiyi hakimlər heyətinin hökmü ilə 26 yaşlı T. Zeynalov 1500 (bir min beş yüz) manat məbləğində cərimə cəzası alıb.


Xəbər xətti

27 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin