Azərbaycan təmsilçiləri Paris-2024-ü neçə medalla başa vurdular?
8 Sentyabr 2024
11:11 - 15 May 2024
Hər il yaz mövsumündə ucuzlaşan ətin bu dəfə qiyməti enmir.
Manset.az Xəzər TV-yə istinadən bildirir ki, hazırda bazarlarda quzu əti 18-19 manata, dana əti isə 14-15 manata təklif olunur.
Satıcılar deyirlər ki, ətin qiyməti qalxmaqda davam edəcək, çünki yem bahadır, mövsümü ucuzlaşma isə gözlənilmir.
Satıcıların sözlərinə görə, bahalığın səbəblərindən biri də bazar alverçilərinin fəallaşmasıdır. Bu gün fərdi təsərrüfatlarda yetişdirilən heyvanları birbaşa satmaq, demək olar ki, mümkün deyil. Çünki alverçilər buna imkan vermirlər. Onlar da aldıqları heyvana əlavə qiymət qoyurlar.
İqtisadçı Elman Sadıqov deyir ki, Azərbaycanın idxaldan asılılığı artır. Elə buna görə də ətin qiymətinin mövsümü ucuzlaşması real görünmür.
Ekspertlər hesab edirlər ki, Azərbaycan ətə olan tələbatının 80-90 faizini yerli istehsal hesabına ödəyə bilər. Bu zaman qiymətlərdə ucuzlaşma daha çox müşahidə edilə bilər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin