DİN jurnalistin bank dələduzları ilə bağlı yazdıqlarına münasibət bildirdi

13:48 - 21 Oktyabr 2021

DİN jurnalistin bank dələduzları ilə bağlı yazdıqlarına münasibət bildirdi

Daxili İşlər Nazirliyi (DİN) jurnalist Aygün Muradxanlının bank dələduzları ilə bağlı paylaşımına münasibət bildirib.

DİN-in KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Manset.az-a bildirib ki, nazirlik jurnalistin paylaşımını nəzarətə götürüb.

"DİN jurnalistə təşəkkür edib, məsələ nəzarətə götürülərək araşdırılır", - o vurğulayıb.

Qeyd edək ki, jurnalist A.Muradxanlı sosial şəbəkələrdə paylaşım edərək ona bir nəfərin zəng etdiyini, bank köçürmələrinin dəqiqləşdirməsi üçün bank hesabı istədiyini deyib.


Xəbər xətti

15 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin